Azərbaycanlı professorun sözləri Rusiyanı qarışdırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

Azərbaycanlı professorun sözləri Rusiyanı qarışdırdı

Rusiyanın Ali İqtisadiyyat Məktəbinin azərbaycanlı professoru Həsən Hüseynov "Facebook” paylaşımına görə ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

Median.Az
"qafqazinfo"ya istinadən xəbər verir ki, statuslarının birində rus dili haqda "iyrənc” ifadəsini işlədən Hüseynov tənqid atəşinə tutulub. Bununla belə professor yazdıqlarına görə üzr istəmək fikrində olmadığını deyib. Onun sözlərinə görə, üzr istəməklə bağlı universitetin komissiyasından hər hansı bildiriş almayıb və yazdıqları onun şəxsi fikridir. "Kimin qarşısında üzr istəməliyəm, bir halda ki insanlar yazıb-oxuya bilmir, mahiyyəti başa düşmür?”, - deyə Hüseynov bildirib.

Xatırladaq ki, azərbaycanlı alim "Facebook” səhifəsində "Moskvada gündüz çıraqla belə başqa dillərdə nəsə tapmaq müşkül məsələdir. Təkcə ölkənin hazırda danışdığı və yazdığı iyrənc rus dilindən başqa...” yazıb. Hüseynov daha sonra açıqlamasında "iyrənc” deyərkən dili yox, həmin dildən istifadə formasını nəzərdə tutduğunu bildirib. O deyib ki, rus dilini mükəmməl hesab edir, ancaq "axmaqlar bu dildə danışanda dil uğursuz olur”.

Qeyd edək ki, daha əvvəl AİM-in elmi şurası Hüseynovdan ictimai şəkildə üzr istəməyi tələb etdiyi bildirilmişdi. O, bu addımı universitetin işgüzar nüfuzuna ziyan dəyməməsi üçün atmalı, məsuliyyətsiz və düşünülməmiş bəyanatına görə üzr istəməli idi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 638 08.11.19 22:00