Mojo.az Banner
18:54 Rusiyada miqrantlara bank hesabı açmaqla bağlı qadağalar qoyula bilər  |     18:26 Əliyar Ağayev Avroluqa oyununa təyinat aldı  |     18:10 "Qarabağ"dan yeni transfer - Qurban Qurbanov açıqladı  |     17:58 Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Vaqif Allahverdiyevə HÖKM OXUNDU  |     17:40 Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb  |     17:19 Binəqədidə 93 yaşlı kişinin meyiti aşkarlanıb  |     17:03 Tokayev: "Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var"  |     16:45 Ermənistanda federasiya prezidenti Azərbaycanla bağlı qalmaqaldan sonra istefa verdi  |     16:13 Moskvada 20 yanvar şəhidlərinin xatirəsi anılıb  |     16:06 Trampın Sülh Şurasına dəvət etdiyi ölkə başçılarının sayı bilindi  |     15:43 Qarlı hava nə vaxta qədər davam edəcək?  |     15:40 Səfər Əbiyevdən xaricə köçməsi xəbərinə REAKSİYA: "Ay kişi, nə istəyirsən?"  |     15:02 NİİM: Havaya görə bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər  |     15:00 Azərbaycan və Türkiyə XİN başçıları regional məsələləri müzakirə ediblər  |     13:50 Sabah Xankəndiyə İLK KÖÇ olacaq  |     13:44 Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu halda ləngimələr yarana bilər  |     13:39 Metroda xətlərin ayrılacağı tarix açıqlandı  |     13:30 İranda etirazları dəstəkləyən mədəniyyət xadimlərinə və idmançılara qarşı cinayət işi açıldı  |     13:21 Azərbaycanda bu yağlar bahalaşdı - FOTO  |     13:17 Qarlı hava sabah da davam edəcək  |    
Left Banner
Right Banner

“Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı

06.11.2019 18:48 3 251
“Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı
“Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə “Azərişıq” ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı əsassız məlumatlar yayılır:

“Bu, xoşagəlməz hadisə baş verdiyi gündən etibarən doqquz yaşlı Zəhranın vəziyyəti rəhbərliyin diqqət mərkəzində olub:

Hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün “Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib.

Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi, bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb”.

T. Mustafayev qeyd edib ki, bundan sonra da “Azərişıq” Zəhra Əliyevanın müalicəsi üçün lazım olan bütün zəruri tədbirləri görməkdə davam edəcək. Sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər”.
/oxu.az/скачать dle 11.3