Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu halda ləngimələr yarana bilər

20.01.2026 13:44 396
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu halda ləngimələr yarana bilər
Bakı metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinin tətbiqində düzgün istifadə məsələsi xüsusi diqqət tələb edir.

Median.Az
xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənsə də, bəzi hallarda sərnişinlərin bu sistemlərdən düzgün istifadə etməməsi müəyyən çətinliklər yarada bilir.

B. Məmmədov qeyd edib ki, əvvəlki dövrlərdə internet və rəqəmsal həllər geniş yayılmasa da, hazırda bu imkanlar mövcuddur. Lakin texnologiyadan düzgün və vaxtında istifadə edilmədikdə bu, ümumi sərnişin axınına təsir göstərə bilər.

"Bununla belə, hazırda metropolitendə bu amilin sərnişin hərəkətinə ciddi təsiri müşahidə olunmur. NFC, QR kod və QR bilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-veriş proseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyük ölçüdə öyrəşib. Bu səbəbdən metropolitendə də ciddi çətinliklər qeydə alınmır. Lakin metro fərqli mühitdir. Burada əsas məsələ yalnız texnologiyanın tətbiqi deyil, onun düzgün və vaxtında istifadəsidir. NFC sisteminin tətbiqində planlama mərhələsində maarifləndirmə və məlumatlandırma xüsusi rol oynayır", - deyə o vurğulayıb.

Mətbuat katibi əlavə edib ki, sərnişinlərin NFC funksiyalarını turniket qarşısında aktivləşdirməyə çalışması bəzi hallarda keçid prosesində ləngimələrə səbəb ola bilər.скачать dle 11.3
Mojo.az Banner