Mojo.az Banner
19:56 Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı  |     19:51 Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı  |     19:43 "Dr. Gülü" xəstəxanaya yerləşdirildi - AÇIQLAMA  |     19:37 Qarabağ ermənisinə Rusiya pasportu verildi  |     19:30 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:25 Büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb  |     19:16 Şəkidə avtomobil aşdı - Ölən və yaralananlar var  |     19:11 Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı  |     19:02 Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI  |     18:57 Dövlət köçürülən cərimələrə nəzarəti artırdı  |     18:50 Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb  |     18:45 "Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"  |     18:45 Kredit kartlarına LİMİT: "İnanılmaz dərəcədə böyük borclanma var idi"  |     18:37 Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir - ARAŞDIRMA BAŞLADI  |     18:23 Bəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar  |     18:15 Qardaşı oğlunu öldürən Vətən müharibəsi iştirakçısına ağır cəza verildi  |     18:13 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     18:12 Hərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək  |     17:58 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi  |     17:20 Azərbaycanda "Yol hərəkəti haqqında" qanun dəyişdi  |    
Left Banner
Right Banner

Küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlanıb

18.01.2019 11:49 4 206
Küləyə görə metronun “Elmlər Akademiyası” stansiyasının çıxışı bağlanıb
“Bakı Metropoliteni” QCS-nin “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb.

Bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, əsas çıxışın bağlanması sərnişinlərin təhlükəsiz giriş-çıxışını təmin etmək üçündür:

“Güclü küləklə bağlı iki gündür sərnişinlərin giriş-çıxışı çətin olurdu. Hər iki tərəf açıq olduğundan giriş-çıxışlarda güclü şimal küləyi təhlükə yaradırdı. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün külək azalana qədər və stansiyada sərnişin axınının az olmasını nəzərə alaraq əsas çıxış bağlanıb. Hazırda əsas girişin qapısı iki hissəli şəkildə açılıb və sərnişinlər əsas girişin bir hissəsindən istifadə edərək metrodan çıxırlar”.

B.Məmmədov onu da qeyd edib ki, mövcud hava şəraiti ilə əlaqədar ciddi nəzarət var:

“Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından, hələlik sərnişin sıxlığı müşahidə edilmir. Əgər sərnişin sıxlığı müşahidə edilərsə, əsas çıxış yenidən açılacaq”.скачать dle 11.3
Mojo.az Banner