Mojo.az Banner
13:43 Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı  |     13:42 Sabiq icra başçısına yeni vəzifə verildi  |     13:42 "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR  |     13:41 Narkotiki Bakıda satmaq istəyən keçmiş məhkum Ağsuda tutuldu - Video  |     13:40 Ramazan ayının başlaması ilə bağlı fətva verildi  |     13:38 Bakıda onlarla məktəbə direktor TƏYİN EDİLDİ  |     13:37 Bakı metrosunun iş rejimində DƏYİŞİKLİK OLACAQ  |     13:35 Ramazan ayının təqvimi AÇIQLANDI - FOTO  |     13:34 Pəncərədən daxil olaraq mənzildə köməksiz qalan körpəni xilas etdilər - Video  |     13:32 Qardaşı arvadını yataq otağında qətlə yetirən şəxsə HÖKM OXUNDU  |     13:32 Əsgərlikdən yayındırmaq, işə düzəltmək vədləri ilə xeyli pul mənimsədi, ağır cəza aldı  |     13:30 Bu gün Yalançı çərşənbədir  |     13:28 Azərbaycanda icra başçısına töhmət verildi  |     13:18 Nikol Paşinyan evləndi  |     13:17 Oman vətəndaşları Azərbaycana vizasız gələcəklər  |     13:16 Naxçıvanda müəllim vəfat edib - FOTO  |     12:29 Evinin sənədi olmayanlara VACİB XƏBƏR: 15 günə çıxarış almaq mümkün olacaq  |     12:27 Azərbaycan neftinin qiyməti 70 dolları ötüb  |     12:25 Azərbaycanda tanınmış şair vəfat etdi - FOTO  |     12:23 Prokuror “Crocus City Hall”dakı terror aktı üzrə təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istəyib  |    
Left Banner
Right Banner

16 güləşçi Azərbaycanı dünya çempionatında təmsil edəcək - ADLAR

25.10.2019 17:23 1 932
16 güləşçi Azərbaycanı dünya çempionatında təmsil edəcək - ADLAR
Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

Mməsul yarışda ölkəmizi güləşin hər üç növü üzrə yığmalarımızın üzvləri təmsil edəcək.

Dünya çempionatının ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (-57 kq), Əsgər Məmmədəliyev (-61 kq), Turan Bayramov (-65 kq), Davud İbrahimov (-70 kq), Murad Süleymanov (-74 kq), Əbubəkr Abakarov (-79 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq) və Şamil Zubairov (-92 kq) yer alıb.

Qadınların yarışında ölkəmizi yalnız Türkan Nəsirova (-50 kq) təmsil edəcək. O, millimizin baş məşqçisi Aslan Ağayevin başçılığı altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşi üzrə idmançılarımız çıxacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (-55 kq), Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq), Tuncay Vəzirzadə (-77 kq), Eltun Vəzirzadə (-87 kq) və Arif Niftullayev (-97 kq) uğur qazanmağa çalışacaq. Bu, rusiyalı məşqçinin ilk sınağı olacaq.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.скачать dle 11.3
Mojo.az Banner