Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsgərlikdən yayındırmaq, işə düzəltmək vədləri ilə xeyli pul mənimsədi, ağır cəza aldı

17.02.2026 13:32 414
Əsgərlikdən yayındırmaq, işə düzəltmək vədləri ilə xeyli pul mənimsədi, ağır cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlində ittiham olunan Kamil Musayevin cinayət işi üzrə araşdırma yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib.

Məhkəmənin çıxardığı hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum olunub.

İttiham aktına görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə başqasının əmlakını ələ keçirməklə xeyli və külli miqdarda ziyan vurmaqda, eləcə də təkrar dələduzluq törətməkdə günahlandırılır.

Kamil Musayev birinci epizodda 2024-cü ilin oktyabr ayının əvvəllərində zərərçəkmiş T.T.-ni nəvəsinin xəstəliyi səbəbindən hərbi xidmətdən saxladılacağına dair yalan vədlə aldadıb. Bu məqsədlə ondan ümumilikdə 8 100 manat alaraq mənimsəyib.

İttihamda qeyd olunur ki, Kamil Musayev növbəti epizod üzrə 2024-cü ilin noyabr ayında tanışı, zərərçəkmiş A.A.-ya özünü və həyat yoldaşını işə düzəldəcəyi barədə yalan vəd verib. Ondan müxtəlif vaxtlarda və yerlərdə hissə-hissə olmaqla ümumilikdə 15 500 manat pul alaraq, zərərçəkmişə ziyan vurub.

Bundan əlavə, istintaq materiallarına görə, Kamil Musayev təkrarən özgənin əmlakını ələ keçirmək niyyəti ilə zərərçəkmiş QSC-lərdən birinin satış menecerini və satışa nəzarət edən əməkdaşını aldadıb. O, hospitallardan birinin (MMC) direktoru vəzifəsində çalışan qardaşı Famil Musayev vasitəsilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə müxtəlif məişət avadanlıqları və dəftərxana ləvazimatları satmaq imkanının olduğunu, alınan malların pulunu 2025-ci ilin aprel ayınadək ödəyəcəyini deyib. Bu yalan vədlər əsasında 2025-ci ilin yanvar-fevral ayları ərzində zərərçəkmiş QSC-nin anbarından ümumilikdə 109 196.551 manat dəyərində müxtəlif məhsullar - minlərlə bağlama A4 və A3 formatlı kağız, yüzlərlə rulon kassa kağızı, "Quicks" markalı televizor və 25 ədəd soyuducu - götürərək mənimsəyib.

Beləliklə, ittihama əsasən, təqsirləndirilən şəxs vahid niyyətlə və təkrar olaraq dələduzluq cinayətləri törədib.

Məhkəmə baxışı zamanı ifadə verən Kamil Musayev ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib.

Son xəbərlər