Mojo.az Banner
12:49 Mal ətinin qiyməti yenidən artdı - VİDEO  |     12:44 Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? - VİDEO  |     12:38 Nepal faciəsində diqqətçəkən detal: Əhaliyə niyə gec xəbərdarlıq edilib?  |     12:25 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı  |     12:18 Estoniyanın müdafiə naziri istefa verdi  |     12:03 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib  |     12:02 Avtobuslarda “brutto müqavilə” sistemi nədir? – Sərnişin üçün nə dəyişəcək?  |     11:57 Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi  |     11:20 4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb  |     11:10 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     11:05 Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu  |     23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |    
Left Banner
Right Banner

Qardaşı arvadını yataq otağında qətlə yetirən şəxsə HÖKM OXUNDU

17.02.2026 13:32 408
Qardaşı arvadını yataq otağında qətlə yetirən şəxsə HÖKM OXUNDU
Cəlilabad rayonunda qardaşının həyat yoldaşını öldürməkdə ittiham olunan Təhmasib Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib.

Məhkəmənin hökmünə müvafiq olaraq, təqsirləndirilən şəxs Təhmasib Əliyev 18 il 6 ay müddətinə həbs cəzasına məhkum olunub.

Xatırladaq ki, cinayət hadisəsi ötən ilin avqust ayında Cəlilabad rayonu ərazisində qeydə alınıb. Qanlı hadisənin motivi mülk mübahisəsi olub. Qətli törətməkdə günahkar bilinən Təhmasib Əliyev cinayətdən əvvəl mülk üstündə yaranan mübahisə zəminində Rəviyyə Nərimanovanı hədələyib. Hadisə günü o, pəncərədən evə girərək Rəviyyə Nərimanovanı yataq otağında amansızlıqla öldürüb.

Məlum olub ki, təqsirləndirilən Təhmasib Əliyev əvvəllər də məhkum edilibmiş.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülmüşdü.скачать dle 11.3
Mojo.az Banner