Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Prokuror “Crocus City Hall”dakı terror aktı üzrə təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istəyib

17.02.2026 12:23 486
Prokuror “Crocus City Hall”dakı terror aktı üzrə təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istəyib
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı üzrə 15 təqsirləndirilən şəxs, o cümlədən cinayətin dörd birbaşa icraçısı üçün dövlət ittihamçısı ömürlük azadlıqdan məhrumetmə cəzası istəyib.

AZƏRTAC Rusiya Baş Prokurorluğunun yaydığı məlumata istinadən xəbər verir ki, iş üzrə digər təqsirləndirilən şəxslər üçün prokuror 19 ildən 22 ilədək azadlıqdan məhrumetmə cəzası, həmçinin 500 min rubldan 2 milyon 700 min rubladək məbləğdə cərimələrin təyin edilməsini təklif edib.

Təqsirləndirilən şəxslərə terror aktı törətmək, terror fəaliyyətinə yardım göstərmək, terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçmək və digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” rok qrupunun konserti başlamazdan əvvəl silahlı şəxslər “Crocus City Hall” binasına daxil olaraq ziyarətçilərə və işçi heyətinə atəş açıblar. Bundan sonra kompleksdə yanğın baş verib. Rusiya Baş Prokurorluğunun məlumatına görə, terror aktı nəticəsində 147 nəfər həlak olub, 336 nəfər xəsarət alıb, daha 3 nəfər isə itkin düşmüş hesab olunur.

Son xəbərlər