Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Prokuror "Crocus Citi Hall" hadisəsində təqsirlədirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini istəyib

16.02.2026 22:58 648
Prokuror
Rusiyada dövlət ittihamçısı "Crocus Citi Hall"da baş evrmiş terror hücumunun günahkarlarından biri olan Şəmsiddin Fəriduninin qohumları olan İsrail İslamov və onun iki oğlu Dilovar və Aminçonun Rusiya vətəndaşlığının ləğv edilməsini istəyib.

APA xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, prokuror Əlişir Qasimovun qaldığı evin sahibinin Rusiya vətəndaşlığından məhrum edilməsini və əmlakının dövlət tərəfindən müsadirə edilməsini tələb edib.

"Prokurorlar Şəmsiddin Fəriduninin üç qohumu İsrail İslamov və iki oğlunun Rusiya vətəndaşlığından məhrum edilməsini tələb ediblər. Prokurorluq həmçinin hücumdan əvvəl birbaşa atəş açan dörd şəxsin yaşadığı mənzilin sahibi Əlişir Qasimovun Rusiya vətəndaşlığından məhrum edilməsini və əmlakın dövlət ehtiyacları üçün müsadirə edilməsini tələb edir", - məlumatda deyilir.

Prokurorluq hücumun dörd birbaşa icraçısı da daxil olmaqla 15 təqsirləndirilən şəxsə ömürlük həbs cəzası təklif edib.

Prokurorlar digər dörd nəfər üçün 19 il 11 aydan 22 il 10 aya qədər həbs cəzası istəyiblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” rok qrupunun konserti başlamazdan əvvəl silahlı şəxslər “Crocus City Hall”un binasına daxil olaraq ziyarətçilərə və işçi heyətinə atəş açıblar. Bundan sonra kompleksdə yanğın baş verib. Terror aktı nəticəsində 147 nəfər həlak olub, 336 nəfər xəsarət alıb, daha 3 nəfər isə itkin düşmüş hesab olunur.

Son xəbərlər