Mojo.az Banner
16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya “Crocus City Hall”da terror aktı ilə bağlı daha 7 nəfəri terrorçular siyahısına daxil edib

09.04.2024 21:37 1 626
Rusiya “Crocus City Hall”da terror aktı ilə bağlı daha 7 nəfəri terrorçular siyahısına daxil edib
Rusiya “Crocus City Hall”da terror aktı ilə bağlı daha 7 nəfəri terrorçular siyahısına daxil edib.

Onlar Aminçon və Dilovar İslamov qardaşları, onların atası İsrail İslamov, Alişer Kasimov, Lütfullo Nəzrimada, Yakubconi Yusufzoda və Məhəmməd Şaripzodadırlar.

Adıçəkilən şəxslərin terrorda iştirak etdikləri iddia olunur.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl terror aktının sponsoru kimi Fransa Prezidenti Emmanuel Makronu göstərib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bildirib ki, terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. O, konsert salonuna hücumun sifarişçisi və sponsorunun tezliklə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti müstəqil deyil və tamamilə Amerika Birləşmiş Ştatlarının nəzarətindədir.скачать dle 11.3
Mojo.az Banner