Sabah şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:38 Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi  |     14:36 Rusiya ordusu Donetsk vilayətində qəsəbə üzərində nəzarəti ələ keçirdi  |     14:10 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib (YENİLƏNİB)  |     13:44 Polşadan Rusiyanı qıcıqlandıran hərəkət  |     13:27 Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA yayıb  |     13:24 İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO  |     13:07 Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar  |     13:06 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir - FOTO  |     12:45 Moskvada erməni MMA döyüşçüsünə cinayət işi açıldı  |     12:35 Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkiblər"  |     12:34 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     12:27 Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub  |     12:27 Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı  |     12:16 "Real Madrid" braziliyalı ulduzuna yeni müqavilə təklif etdi  |     12:14 PKK özünü ləğv etdi  |     12:08 Zərdabda 12 000 manat dəyərində naqilləri oğurlayan şəxslər saxlanılıblar  |     12:05 Marsın dərinliyində böyük göl aşkarlandı  |     12:01 DTX-dən XÜSUSİ ƏMƏLİYYAT - Çox sayda terrorçu xaricdə ƏLƏ KEÇİB  |     11:37 Ölkə ərazisində yağıntılı hava müşahidə olunub - FAKTİKİ HAVA  |     23:01 Bu ölkədə şahmat qadağan edildi  |    

Sabah şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ

Ölkə ərazisində martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə havanın zəif dumanlı, çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 6-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-11° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək ° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti olacağı gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 581 24.03.18 17:32