2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan 65.2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın aprel sayında bildirilib.
Vurğulanıb ki, bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 3.5 dəfə və ya 46.7 milyon ABŞ dolları çoxdur.
Qeyd edək ki, cari ilin mart ayı ərzində Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə illik müqayisədə 2.1 dəfə çoxdur.