İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan ikinci dalğa korrupsiya əməliyyatı çərçivəsində prokurorluq tərəfindən məhkəməyə göndərilən 30 şübhəlidən 18-i həbs edilib.

Median.Az
bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Bildirilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan İBB rəhbəri Ekrem İmamoğlunun da daxil olduğu şübhəlilər barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə", "cinayətkar təşkilat qurmaq və idarə etmək", "rüşvət", "dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tenderə müdaxilə" cinayətləri üzrə aparılan korrupsiya istintaqı davam edir.

İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlar nəticəsində 53 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində "xarici ölkəyə çıxış qadağası" və "müntəzəm imza" şəklində məhdudiyyətlər tətbiq olunub. 12 nəfər barəsində isə digər müxtəlif nəzarət tədbirləri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 30.04.25 13:50