Mərkəzi Bank "BakıKart"la bağlı göstəriş verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Mərkəzi Bank "BakıKart"la bağlı göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı, "BakıKart"ın operatoru - "K Group" MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə qərar verib.

Bu barədə AMB məlumat yayıb.

AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində "K Group" MMC-də təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, Mərkəzi Banka təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunub.

"K Group" MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, "Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən "K Group" MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            288 28.04.25 17:01