Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |     20:05 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər  |     19:44 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb  |     19:27 Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ  |     19:03 Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır  |     18:44 HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək  |    

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            312 22.04.25 12:15