Mojo.az Banner
12:48 Fransada Azərbaycan diasporunun üzvü vəfat etdi  |     12:41 Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI  |     12:39 Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO  |     12:38 Ermənistana Azərbaycan üzərindən İLK DƏFƏ alüminium göndərildi  |     12:36 Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir  |     12:34 Ali Məhkəmə rüşvətə görə həbs edilən sabiq baş həkimlə bağlı qərar verdi  |     12:33 Azərbaycan nefti 10 dollara yaxın UCUZLAŞDI  |     12:21 Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI  |     12:18 Konfrans Liqasında finala son addım  |     12:16 Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama  |     12:15 Roma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı  |     12:10 "OpenAI" "ChatGPT" üçün yeni pulsuz modeli təqdim edib  |     12:05 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ  |     12:03 Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR  |     11:58 Füzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü  |     11:51 Bakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTO  |     11:46 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ  |     11:25 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     11:19 Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək  |     23:03 “Oskar” qaydaları dəyişir  |    
Left Banner
Right Banner

Göyərçinlərin sağlamlığımız üçün gizli təhlükəsi

15.04.2025 12:03 2 649
Göyərçinlərin sağlamlığımız üçün gizli təhlükəsi
Çoxlarının zərərsiz şəhər quşları hesab etdiyi göyərçinlər əslində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. İnfeksiya yaydıqları üçün onlara bəzən "uçan siçovullar" da deyirlər.

Median.Az
xəbər verir ki, bu barədə kp.ru saytına müsahibəsində rusiyalı tibb elmləri namizədi, Seçenov Universitetinin dosenti, pulmonoloq Vladimir Beketov məlumat verib.

Ekspertin sözlərinə görə, bu quşlar salmonellyoz, kampilobakterioz və listerioz kimi bir sıra təhlükəli xəstəliklərin daşıyıcısı ola bilərlər. Bu infeksiyalar oxşar simptomlara səbəb olur: zəiflik, qızdırma, ürəkbulanma, baş ağrısı, qusma və həzm sistemində pozğunluqlar. Eyni zamanda, salmonellyoz sinir sisteminə təsir göstərə bilər, listerioz isə dölün inkişafında anormallıqlara səbəb olduğuna görə hamilə qadınlar üçün xüsusi təhlükə yaradır.

Həkim həmçinin qeyd edib ki, göyərçinlər tulyaremiya, ornitoz və kriptokokkoz (tənəffüs sistemi, dəri və daxili orqanlara təsir edən göbələk xəstəliyi) kimi infeksiyaların mənbəyi ola bilər.

Təkcə quşların özləri deyil, həm də onların lələkləri, tükləri və xüsusən də nəcisləri təhlükə yaradır. Bu bioloji materialların hissəcikləri hava ilə yayılaraq insan orqanizminə daxil olaraq ciddi xəstəliklərə, o cümlədən pnevmoniyaya səbəb ola bilər.

Çox vaxt yoluxma gündəlik həyatda, insanlar quşlar və ya onların tullantıları ilə birbaşa təmasda olduqda baş verir. Belə ki, infeksiya göyərçinləri əl ilə yedizdirərkən, onların peyinini əlcəksiz təmizləyərkən və ya qoruyucu vasitələrdən istifadə etmədən pəncərələri və avtomobilləri yuyarkən orqanizmə daxil ola bilər.скачать dle 11.3
Mojo.az Banner