Mojo.az Banner
15:52 Paytaxtın dörd rayonunda su olmayacaq  |     15:49 Müəllimlərdən etiraz: "İndi dərs saatımız 8 manat 30 qəpikdən hesablanacaq" - Video  |     15:17 Türkiyənin məşhur komediya ustası saxlanılıb  |     15:14 Paşinyan Azərbaycan və Türkiyə ilə enerji sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışdı  |     15:07 Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!  |     15:04 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - Video  |     14:59 Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçı  |     14:46 Ermənistanda 44 günlük müharibədə iştirak edən zabit həbs olunub  |     13:43 Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi  |     12:47 Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi (FOTO)  |     12:41 "Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb  |     12:17 Faciəli şəkildə həlak olan DSX hərbçisinin FOTOSU  |     12:15 Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI (Yenilənib)  |     12:10 Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir  |     11:39 Avtomobil ehtiyat hissələri bahalaşıb - Video  |     11:34 Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO  |     11:25 Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     11:22 Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO  |     11:19 Dünyanın ən güclü 10 pasportu - SİYAHI  |     00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |    
Left Banner
Right Banner

"Kupça"sız qalan sakinlərin fəryadı: "Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə" - VİDEO

15.05.2026 12:44 345
Baku TV-nin "qaynar xətt"inə daxil olan şikayətə görə, Bakının Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən binalardan birinin sakinləri altı ildir mənzillərinə köçsələr də, hələ də çıxarış ala bilmirlər.

Sakinlərin iddiasına görə, "İqtisadçı 2005" MTK-nın rəhbərliyi onları müxtəlif bəhanələrlə yubadır.

Şikayətçilərdən biri bildirib ki, bina sahibi ilə mütəmadi əlaqə saxlasalar da, hər dəfə yeni vədlərlə qarşılaşırlar:

"Demək olar ki, hər ay zəng edirik. Hər dəfə deyir ki, məsələlər həll olunub, sənədlər tezliklə veriləcək. Öyrəndiyimizə görə, binanın layihəsində qaraj nəzərdə tutulsa da, faktiki olaraq qaraj yoxdur. Həmçinin binanın mansard hissəsində, yaşayış üçün nəzərdə tutulmayan sahədə beş mənzil tikilərək satılıb. Sonuncu dəfə noyabr ayında danışmışıq, ondan sonra isə zənglərimizə cavab verilmir".

Digər sakin isə sənədsizliyin yaratdığı sosial çətinliklərdən gileylənib. O qeyd edib ki, mənzil alarkən MTK sahibi Coşqun Hüseynov bütün sənədlərin qaydasında olacağına dair söz verib:

"Bizə söz verilmişdi ki, ödənişlər tamamlandıqdan, kommunal xətlər çəkildikdən və satış bitdikdən sonra çıxarışlar veriləcək. Lakin illər keçsə də, problem həll olunmur. Sənədimiz olmadığı üçün uşaqlarımızı yaşayış ünvanı üzrə qeydiyyata sala bilmirik, bankdan kredit götürməkdə və xəstəxanalarda qeydiyyata düşməkdə ciddi problemlər yaşayırıq. Məcbur qalıb qohumların və ya tanışların ünvanına qeydiyyata düşürük, bu da gələcəkdə əlavə narazılıqlara səbəb olur".

Sakinlər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və onların mülkiyyət hüquqlarının təmin olunmasını xahiş edirlər.
скачать dle 11.3
Mojo.az Banner