Doqquzmərtəbəli binanın 10 illik dərdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Avropada “Tesla”nın satışları xeyli azaldı  |     22:53 Şəmkirdə evdən meyit tapıldı  |     22:46 Taksilərin hava limanına girişi qadağan olunacaq?  |     22:41 Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı  |     22:32 Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı  |     22:27 Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı  |     22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |     20:45 UEFA Çempionlar Liqası: "Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib  |    

Doqquzmərtəbəli binanın 10 illik dərdi - VİDEO

Bərdədə doqquz mərtəbəsi olan yalnız bir bina var. Bina bir olsa da, problemləri heç də az deyil. Sakinlər illərdir ki, işləməyən liftin yaratdığı narahatlıqdan əziyyət çəkirlər.

Baku TV mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Heydər Əliyev prospektində yerləşən bina 1986-cı ildə tikilərək sakinlərin ixtiyarına verilib. Yaşayış binasına bir lift quraşdırılıb ki, yuxarı mərtəbədə yaşayanların rahatlığı təmin edilsin. Amma hazırda fəaliyyətsiz qalan lift insanları narahat edir.

Yaşlı və xəstə insanların vəziyyəti isə daha acınacaqlıdır. Təmiz hava almaq üçün binanın həyətinə düşən sakinlərin evinə qayıtması müşkülə çevrilib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara mövcud vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, bu günə qədər problem həll olunmayıb.

Məsələdən xəbərdar olan Bərdə Mənzil Kommunal İstismar Sahəsindən bildirdilər ki, sözügedən binanın liftinin təmiri ilə bağlı dövlət büdcəsindən vəsait ayrılsa da, lift istismar müddətini başa vurduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təmirə icazə verilmir. Doqquzmərtəbəli yaşayış binasını yeni liftlə təmin etmək üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib. Yaxın zamanlarda liftinin yenilənməsi nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 228 14.09.20 17:55