Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Sakinlər təhlükədədir - Yaşayış binası hər an çökə bilər VİDEO

24.10.2021 14:40 924
Sakinlər təhlükədədir - Yaşayış binası hər an çökə bilər VİDEO
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəzalı bir bina var. Bununla bağlı aidiyyəti qurumların sökülməsi barədə rəyi olsa da, qərar icra edilmir. Nəticədə sakinlərin həyatı üçün təhlükə hər an artır. Orada yaşayanlar tezliklə köçürülmələrini tələb edirlər. Əks halda insan tələfatı ola bilər.

Median.Az-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, yaşayış binasının pilləkəni dağılıb, birinci mərtəbə ikinci mərtəbədən aralanıb, evin döşəməsi çöküb, zirzəmiyə yarım metrə qədər su yığılıb.

Görüntülər Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəndir. Qəsəbə ərazisində 1951-ci ildə tikilmiş yaşayış binası hər an çökə bilər.

Rayon icra hakimiyyətinin nümayəndələri gələrək binaya baxış keçiriblər və binanın yaşayış üçün təhlükəli olması qənaətinə gəliblər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də sakinlərin dərhal köçürülməsi ilə bağlı rəyi var.

Bina hazırda Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbə Mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsinin balansındadır. Sahənin rəisi sakinlərin köçürülməsi barədə görüləcək tədbirdən məlumatsız olduğunu bildirdi.

Hazırda qəzalı vəziyyətdə olan binada yaşamaq məcburiyyətində qalan sakinlər aidiyyəti dövlət qurumların atacaqları addımları gözləyirlər.скачать dle 11.3
Mojo.az Banner