Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…

15.05.2026 15:33 996
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…
Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı iqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov yeniliklərin əsas fərqinin zərərlilik dərəcəsinin hesablanma mexanizmində olduğunu bildirib.

Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi:

“Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb”.

Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər:

“Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq”.

E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır:

“Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq”.скачать dle 11.3
Mojo.az Banner