Mojo.az Banner
14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsgəran Silah Muzeyi yaradılır

15.05.2026 17:19 369
Əsgəran Silah Muzeyi yaradılır
"Xüsusilə vurğulamaq istədiyim layihələrdən biri Ağdamda "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin bərpasıdır. Bu kompleks artıq fəaliyyət göstərir. Bu gün Qarabağda ziyarət olunan, mədəni irsimizin təqdim olunduğu yerlərdən biridir. Eyni zamanda, Əsgəran qala-kompleksinin bərpası istiqamətində işlər həyata keçirilir. Həm qalanın özü və eyni zamanda, komplekslə bağlı əsas layihələr - bunun içərisində Əsgəran Silah Muzeyinin təşkil olunması da var - həyata keçirilir".

Median.Az
xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazir deyib ki, bu, Azərbaycanın dövlətçilik tarixini və xüsusilə də onun döyüş sənətinin, döyüş ruhunun və bu tarixi dövrlər ərzində əldə etdiyi silahlarla bağlı məlumatların elmi əsaslarla insanlara çatdırılmasını təmin edən ilk muzey olacaq.

"Silah muzeyinin orada olmasının rəmzi mənası var. Belə ki, Əsgəran qalası Qarabağ xanlığının əsas mühafizə dayağı, onun əsas qalxanı olub. Azərbaycan memarlığının parlaq nümunələrindən hesab olunan qala Əsgəranın müdafiə sistemi kimi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına hücumlara qarşı qoruyucu sipər olaraq inşa edilib", - deyə A.Kərimli qeyd edib.скачать dle 11.3
Mojo.az Banner