Əməkdar həkim komaya düşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |    

Əməkdar həkim komaya düşdü

Komaya düşən əməkdar həkim Cabir Məmmədovun vəziyyəti açıqlanıb.

Median.Az
Yurd.Media-ya istinadən məlumat verir ki, əməkdar həkim hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.

"Baku Medical Plaza"nın reanimasiya şöbəsinə yerləşdirilən Cabir Məmmədovun, həmçinin şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb edir.

Həkimin oğlu Rəşad Cabirli faktı təsdiqləyib. Onun sözlərinə görə, həkimlər əllərindən gələni edirlər.

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi terapiya şöbəsinin keçmiş müdiri olan Cabir İsrafil oğlu Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-1985-ci illərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə dövlət başçısının daha bir Sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 10.04.25 15:45