Bakıda daha bir restoranda nöqsanlar aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |     22:07 Paracüdoçu Şəhanə Hacıyeva Paralimpiya Oyunlarından uzaqlaşdırıldı  |     21:57 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:42 Səs yazısı yayılan direktor işdən çıxarıldı - AUDİO  |     21:30 Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)  |     21:23 Ağdamda 32 yaşlı kişini ilan sancıb  |     21:15 Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz  |     21:07 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO  |     20:50 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı  |     20:43 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq  |     20:27 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib  |    

Bakıda daha bir restoranda nöqsanlar aşkarlandı

Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rza Rasim oğlu Hacıyevə məxsus "Otdıx" restoranında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib.

Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün AQTA Nizami rayonunda yerləşən "Sərin" və "Xarı Bülbül" restoranlarında mənşəyi məlum olmayan ətdən yemək hazırlanması ilə bağlı məlumat yaymışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 07.03.25 15:35