Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:46 Paşinyan hökumət üzvlərinə Şuşa ilə bağlı göstəriş verib  |     15:23 Şabranda AĞIR QƏZA: İki qardaş faciəli şəkildə HƏLAK OLDU  |     15:07 Beyləqanda körpənin ölüm səbəbi MƏLUM OLDU (YENİLƏNİB)  |     14:59 SSRİ-nin "Kosmos-482" kosmik aparatı orbitdən çıxıb və Hind okeanına düşüb  |     14:28 İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi  |     14:28 Almaniyada tanınmış reper ÖLÜ TAPILDI  |     14:26 XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA  |     14:25 Ağdaşda bir nəfər kanalda batıb  |     14:24 Pakistanın baş naziri nüvə arsenalına cavabdeh olan qurumun təcili iclasını çağırır  |     14:22 Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub  |     14:19 Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI  |     14:18 Pakistan XİN Hindistan ərazisinə zərbələrə dair açıqlama verdi  |     14:13 Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  |     14:12 Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - VİDEO  |     14:09 Arzu Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     14:06 "WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb  |     14:03 Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU - VİDEO  |     14:02 Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı - VİDEO  |     14:00 Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     13:56 Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi necədir? - VİDEO  |    

Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən "İdeal" şadlıq evinin fəaliyyəti dayandırılıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib;

- elektrik təsərrüfatı "Elektrik qurğularının quraşdırılması qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur;

- obyektdə yanar materiallardan olan bəzək əşyaları mövcuddur;

- obyekt odsöndürən balonlarla tam təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- təxliyə planı mövcud deyil;

- pilləkən qəfəsində anbar otağı quraşdırılıb;

- obyektin pəncərələrinə metal barmaqlıqlar quraşdırılıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "İdeal" şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 26.02.25 17:24