Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - VİDEO

10.05.2025 14:12 1 302
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - VİDEO
Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Suraxanı rayonu, Zığ şosesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

IDEA könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1 000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir Zığ-Aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağacəkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin veb-saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.скачать dle 11.3

Ссылка не поддерживается для встроенного формата.

Mojo.az Banner