Prezident: “Əgər Ermənistan rəhbərliyi sözlərimə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:59 SSRİ-nin "Kosmos-482" kosmik aparatı orbitdən çıxıb və Hind okeanına düşüb  |     14:28 İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi  |     14:28 Almaniyada tanınmış reper ÖLÜ TAPILDI  |     14:26 XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA  |     14:25 Ağdaşda bir nəfər kanalda batıb  |     14:24 Pakistanın baş naziri nüvə arsenalına cavabdeh olan qurumun təcili iclasını çağırır  |     14:22 Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub  |     14:19 Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI  |     14:18 Pakistan XİN Hindistan ərazisinə zərbələrə dair açıqlama verdi  |     14:13 Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  |     14:12 Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - VİDEO  |     14:09 Arzu Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     14:06 "WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb  |     14:03 Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU - VİDEO  |     14:02 Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı - VİDEO  |     14:00 Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     13:56 Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi necədir? - VİDEO  |     13:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     13:20 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT  |     23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |    

Prezident: “Əgər Ermənistan rəhbərliyi sözlərimə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı”

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik və danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib:

“Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə, dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 347 08.11.23 16:40