Mojo.az Banner
21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |     20:15 Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ  |     20:08 8 mayla bağlı qərar verildi  |     20:00 Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI  |     19:54 “Xanımımla sevgimizi izləyicilərimizə göstərmək istəyirik”  |     19:45 MOİK-in baş məşqçisi klubdan ayrıldı  |     19:39 Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi  |     19:30 Bu rayonun 4 kəndində qaz olmayacaq  |     19:29 Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb  |     19:18 Sabah bu rayonda qazın verilişində məhdudiyyət olacaq  |     18:58 "Qarabağ"ın ulduzuna Avropadan təklif  |     18:55 Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib  |     18:17 İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib  |     18:14 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib  |     18:07 Tanışını qətlə yetirən şəxs hakim qarşısında  |     18:05 Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur  |     17:44 Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək  |     17:32 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb  |    
Left Banner
Right Banner

Prezidentdən sahibkarlara ŞAD XƏBƏR - Vergi güzəştləri ediləcək

24.03.2020 18:17 2 787
Prezidentdən sahibkarlara ŞAD XƏBƏR - Vergi güzəştləri ediləcək
“Əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək”.

Bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib.

Ölkə başçısı bildirib ki, koronavirusla bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri ediləcək, digər imtiyazlar da veriləcək.

“Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”, - deyə Prezident əlavə edib.

2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə bir milyard manat ayrılıb.

Bununla bağlı martın 19-da Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.скачать dle 11.3
Mojo.az Banner