Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Tanışını qətlə yetirən şəxs hakim qarşısında

04.05.2026 18:07 459
Tanışını qətlə yetirən şəxs hakim qarşısında
Tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev itiham aktını elan edib.

Daha sonra ifadə vermək söz Rauf Sadıqova verilib və o, özünü elan edilmiş ittihamla qismən təqsirli bilib.

Daha sonra məhkəmə təqsirləndirilən şəxs Rauf Sadıqovun ifadəsi ilə davam edib:

"Elsevəri 15 ilə yaxındır tanıyıram, bir məhəllədə böyümüşük. Dekabr 26-da zəng edib, onunla bir yerə qədər getməyimi istədi. Mən narkotik almağa getdiyimizi bilmirdim. O, mənə bu barədə heç nə deməmişdi. Bunu ancaq tutulanda bildim. Taksi ilə getdik. Elsevər Ramin adlı tanışı ilə gəlmişdi. Qayıdanda bunlar düşdülər. Bir də baxdım, telefonum yoxdur. Telefonu Raminin oğurladığını anladım. Elsevəri çağırıb dedim ki, bu adamı mən tanımıram və onu sən gətirmisən. Bildirdim ki, ədəbi ilə telefonumu gətirib qaytarsın. Tanımadığım biri ilə üz-göz olmaq istəmirdim, odur ki, Elsevərlə Raminə danışmağa şərait yaransın deyə qırağa çəkildim. Elsevər geri qayıdıb onun telefonu vermək istəmədiyini dedi. Səbrim tükənməyə başlayırdı. Özümü güclə ələ alıb buna yaxınlaşdım, əlimi atdım bunun çiyninə ki, "Qardaşım, bəlkə sənə bir pisliyim dəyib? Mənim bir ayağım onsuz da "srok"dadır, məni işə salma, qaytar telefonu, xoşluqla çıx, get". Ramin isə mənə dedi ki, "Mən "lomka"dayam, canım ağrıyır. Telefon mənə lazımdır". Dedim "Mənə nə sən "lomka"dasan? Gəl, Sənə 20 manat verim, amma telefonumu qaytar. Onun içində önəmli şəkillər, videolar var, qaytar". Bəlkə də yarım saat dilə tutdum, telefonu qaytarmaq istəmədi. Yapışdım yaxasından ki, "Sənə ziyan vurmaq istəmirəm, əcəl səni hərləməsin, telefonumu qaytar", yenə qaytarmadı telefonumu. Mən özüm də 4 dəfə "srok" da olan adamam. İki bıçaq zərbəsi vurdum qarnından, sifətinə də bir yumruq ilişdirdim. Bunu qan apardığını görüb, Elsevərə dedim ki, tez "təcili yardım" çağırsın. Mən dörd aya yaxın müddətdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib-gəlirəm. həftənin 4-cü günü orada olurdum, qalan günlərdə iş tapanda şəhərdə işləyirdim. Hadisə günü mən məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmalı idim, amma yol pulum olmadığına görə gedə bilmədim. Zəng edib rəisə durumu bildirdim, dedi "Eybi yox, amma tezdən burada olmalısan. Mən elə orada amnistiyaya düşdüyümü öyrəndim. Səhəri əməliyyatçılar məni müəssisədən apardılar".

Məhkəmənin növbəti iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin dekabrında
Xətai rayonu NZS qəsəbəsində baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən edilib.

Ona qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
//unikal.az

Son xəbərlər