Mojo.az Banner
15:04 "Freelancer"lər üçün yeni qaydalar: Vergi artırılır, yoxsa güzəşt edilir?  |     14:57 ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI  |     13:16 Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq  |     13:14 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var  |     13:13 Polis Sabunçuda narkokuryerlərə qarşı əməliyyat keçirdi, 48 kiloqram narkotik aşkarlandı - Video  |     12:50 Neymar yaşıl meydanlarla vidalaşmağa hazırlaşır  |     12:27 Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı  |     12:10 "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO  |     11:46 Qonşunun razılığı olmadan dəhlizə kamera qoymaq qanunidirmi? - ALİ MƏHKƏMƏDƏN SON QƏRAR  |     11:30 Azərbaycan nefti 7 dollara yaxın BAHALAŞDI  |     11:24 Azərbaycan UEFA əmsallar cədvəlində İLK PİLLƏYƏ YÜKSƏLDİ - FOTO  |     11:06 Qubada keçmiş məhkum həyətində öldü  |     23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |     22:00 Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...  |     21:53 İrandakı nüvə obyektlərini izləyirik - Tramp  |    
Left Banner
Right Banner

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

04.05.2026 20:15 300
Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ
"Kənd Təsərrüfatı Nazirliyi əkilməyən torpaqlarla bağlı layihə təqdim edəcək".
 
Median.Az bildirir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
 
O bildirib ki, hazırda sözügedən istiqamətdə qanun layihəsi üzərində işlənilir:
 
"Bundan başqa, bizim bir qanun layihəmiz var idi, təəssüf ki, parlamentə qədər çatdıra bilmədik. Qanun layihəsi çərçivəsində bu məsələni altproqram kimi nəzərdə tutmuşduq. Türkiyədə istifadə olunan mexanizm var ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı, məsələn Yasərin adından Arifə icarəyə verir, icarə haqqını isə Yasərin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi edir. Həmçinin istifadəsiz torpağa görə də vergiləri dəfələrlə artırır.
 
Bu gün bizdə bələdiyyə vergisidir. Lakin tətbiq mexanizmi, görünən odur ki, istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, başqa səbəbləri də var. Azərbaycanda 75-76 faiz torpaq sahələri 3 hektardan aşağıdır. Bu torpaqlarda isə təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil. Bu, sizin üçün əlavə gəlir sahəsi ola bilər. Yəni müəllimsən, ikinci iş yeri kimi bu torpaqları əkib, pul qazana bilərsən. Taxılçılıqda iqtisadi cəhətdən səmərəlilik 24 hektardır. Bağçılıq, bostançılıq 3-5 hektardır. Kənd yerlərində torpaqlar var ki, urbanizasiya prosesinə görə də torpaqlar istifadə olunmur. Gələcək üçün bununla bağlı fikirlərimiz var"./oxu.azскачать dle 11.3
Mojo.az Banner