Mojo.az Banner
18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb

04.05.2026 17:32 405
Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb
Azərbaycan Asiya İnkişaf Bankını (ADB) operativliyi, çevikliyi və innovativliyi artırmağa çağırır.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində rəhbərlərin işgüzar sessiyasında bildirib.

"ADB-nin öz operativliyini, çevikliyini və innovativliyini artırmağa davam etməsi son dərəcə vacibdir. Proqram əməliyyatlarına dəstəyin gücləndirilməsi, texniki yardımın genişləndirilməsi və rəqabətədavamlı maliyyələşdirmə şərtlərinin təmin edilməsi bankın güclü imkanlarının qorunması üçün əsas amillər olacaq", - nazir deyib.

Onun sözlərinə görə, ADB-nin müqayisəli üstünlüyü yalnız onun maliyyə resurslarında deyil, həm də bilik, ekspertiza və tərəfdaşlıq qurmaq bacarığındadır. "Biz bankı getdikcə daha mürəkkəb və bir-biri ilə əlaqəli olan inkişaf vəzifələrini həll etmək üçün bundan sonra da bu güclü tərəflərdən istifadə etməyə çağırırıq", - o bildirib.

S. Babayev vurğulayıb ki, 2025-ci ildə ADB müxtəlif layihələrin həyata keçirilməsinə geniş spektrli maliyyə alətləri vasitəsilə 29,3 milyard ABŞ dolları ayırıb. "Bu, 2024-cü illə müqayisədə 20 % çoxdur, bu da ADB-nin əməliyyat fəaliyyətinin əhəmiyyətli dərəcədə artmasını göstərir. ADB-nin maliyyə sektoruna investisiyaları əhəmiyyətli dərəcədə artaraq 7,3 milyard ABŞ dollarına çatıb. Bu islahatlar maliyyə sistemlərinin gücləndirilməsinə, kapital bazarlarının dərinləşdirilməsinə və xüsusilə mikro, kiçik və orta müəssisələr üçün maliyyə əlçatanlığının genişləndirilməsinə yönəlib", - o əlavə edib.

Nazir qeyd edib ki, ötən il ADB dayanıqlı və inklüziv şəhər inkişafının əsas elementlərinin yaxşılaşdırılmasına diqqət yetirməklə, şəhər infrastrukturu sahəsində tərəfdaş ölkələrdəki layihələrin dəstəklənməsinə 2,1 milyard ABŞ dolları yönəldib. "Bankın dəyişməz olaraq keyfiyyətli infrastruktura, rəqəmsal transformasiyaya və regional əlaqəliliyə diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Bankın inkişaf etməkdə olan üzv ölkələrdə ərzaq təhlükəsizliyi, enerji dayanıqlılığı və fiskal sabitliyin gücləndirilməsi istiqamətindəki səyləri vaxtında atılmış addımlardır və yüksək qiymətləndirilməyə layiqdir", - Babayev vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner