Dövlət Gömrük Komitəsində maaş və təqaüd problemindən sonra MƏZUNİYYƏT QALMAQALI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Dövlət Gömrük Komitəsində maaş və təqaüd problemindən sonra MƏZUNİYYƏT QALMAQALI

"Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır".

Median.Az
xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.

DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər: "Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya ala və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır".

Şikayətçilərin iddiasına görə, işçilərə hətta 2024-cü ildən qalan istifadə edilməmiş məzuniyyət günlərindən yararlanmadan 2025-ci ilin məzuniyyətinə çıxmaq qadağan edilib. Nəticədə, əməkdaşlar həm istirahət hüququndan məhrum edilib, həm də onlara məzuniyyətə çıxdıqda verilməsi nəzərdə tutulan biraylıq müavinətin ödənilməməsi halı yaranıb.

Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq: "Gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə və müəyyən edilmiş qrafikə uyğun olaraq məzuniyyətə çıxırlar və bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulan bütün ödənişlərin ödənilməsi təmin edilir".

Qeyd edək ki, bir müddət öncə Dövlət Gömrük Komitəsində maaşlar da gecikdirilib. Belə ki, qurumun işçiləri ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqqılarını bu il yanvarın sonunda əldə edə biliblər. Bu yöndə daha bir iddia isə Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri barədə də yayılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 06.03.25 17:22