Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |     20:10 Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  |     20:03 Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək  |     19:58 Şimali Makedoniyadan Azərbaycana dəvə idxalına məhdudiyyət qoyulub  |     19:50 İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb  |     19:45 Şalva Papuaşvili: Saakaşvili əfv edilməyəcək  |     19:38 Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA  |    

Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) Günel Vəliyevanın dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib.

Bu barədə “Report”a AAF-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Rəsulov açıqlama verib.

O, AMADA-nın bu istiqamətdəki fəaliyyətini dəstəklədiklərini bildirib:

“Azərbaycan Ağırlıqqaldırma Federasiyası olaraq təmiz idman prinsiplərini tam olaraq dəstəkləyirik. AMADA-nın bu istiqamətdəki fəaliyyətini təqdir edirik. Ölkədə antidopinq agentliyi ilə ən sıx əməkdaşlıq edən federasiyalardan biriyik. Burada da məqsəd qadağan olunmuş maddələrin istifadəsini sıfır həddinə çatdırmaqdır. AMADA tərəfindən yoxlamaların aparılması ümumi işimizin xeyrinədir. Çünki qadağan olunmuş maddə aşkarlanırsa, cəza fərd olaraq həmin idmançıya verilir. Yəni qərar federasiyaya şamil edilmir. İlyarım əvvəl, 2023-cü ilin avqustunda Günel Vəliyevadan test götürülüb və nəticə müsbət çıxıb deyə, 4 il müddətinə cəzalandırılıb. Təcrübədə cəza müddəti bitəndən sonra yarışlarda iştirak edib uğur qazanan xeyli idmançı var. Təbii ki, ən doğru yol bu maddələrdən istifadə etməmək və cəza almamaqdır".

Qeyd edək ki, testin nəticələrinə əsasən, G.Vəliyevada qadağan olunmuş “methyltrienolon” aşkarlanıb və idmançı 4 illik diskvalifikasiya olunub. Ağırlıqqaldıranla bağlı sanksiya 2023-cü il sentyabrın 7-də qüvvəyə minib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 20.12.24 22:35