Kilian Mbappe zədələndikdən sonra meydanda məşqlərə qayıdıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:32 Kaliforniya ştatının idman klubları yanğından zərər çəkənlərə maliyyə yardımı edəcəklər  |     16:16 Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar  |     15:39 Bakıda müğənni virusdan ölüb?  |     15:32 Avtomobili düzgün park etmədilər, yolda sıxlıq yaratdılar  |     15:21 Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırdı  |     15:14 Xankəndi-Şuşa yolunda avtobus yanıb  |     15:09 Əməliyyat otağında doğum günü qeyd olunan HƏKİM işdən AZAD EDİLDİ - VİDEO  |     14:39 Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb - VİDEO  |     14:36 Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu  |     13:36 Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb  |     13:35 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü  |     13:34 İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı  |     13:33 Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var  |     13:29 Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?  |     13:28 Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı  |     13:27 Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI  |     13:22 "TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı  |     13:02 Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir  |     12:57 Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı  |     12:44 Çində 5 bal gücündə zəlzələ baş verdi  |    

Kilian Mbappe zədələndikdən sonra meydanda məşqlərə qayıdıb

Real Madridin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı keçirilən matçda aldığı zədədən sonra futbol meydanında məşqlərə qayıdıb.

Bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.

Bildirilib ki, hücumçu qarşıdakı oyunlara hazır olmaq üçün fəal şəkildə çalışır. Tezliklə Mbappenin Qitələrarası Kubok finalında iştirakı üçün vəziyyəti qiymətləndiriləcək.

Xatırladaq ki, fransalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı matçda zədələnib. O, oyunun 36-cı dəqiqəsində əvəzlənib. Mbappe bu mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.

Qeyd edək ki, dekabrın 18-də Dohada "Real Madrid" (İspaniya) ilə "Paçuka" (Meksika) arasında 2024-cü il Qitələrarası Kubokun final matçı keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 16.12.24 19:10