AVRO-2024: İlk finalçı kim olacaq? (ANONS) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |     15:02 "Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi  |     14:42 Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı  |     14:23 VHP-dən Tənzilə Rüstəmxanlının hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT  |     13:36 TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqladı  |     13:16 Kapitoli binası yaxınlığında silahlı şəxs saxlanıldı  |     13:09 Bəzi ölkələrdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub  |     13:04 Tramp "Dəmir qübbə" müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb  |    

AVRO-2024: İlk finalçı kim olacaq? (ANONS)

AVRO-2024-ün ilk yarımfinal görüşündə İspaniya Fransa ilə üz-üzə gələcək.

Gürcüstan və turnirin ev sahibi Almaniyanı yolundan kənarlaşdıran İspaniya seçməsi Fransa ilə görüşdə də azarkeşlərini sevindirərək favorit statusunu təsdiqləməyə çalışacaq. Qrup mərhələsinin görüşlərini də nəzərə almaqla heç bir qarşılaşmada məğlub olmayan ispaniyalılar "xoruzlar" üçün baş ağrısı olacaqlar. Amma Belçika və Portuqaliya kimi güclü rəqibləri turnirdən kənarlaşdıran Fransa ilə görüşdə bu heç də asan vəzifə sayılmır. Qrup mərhələsinin görüşləri ilə birlikdə ümumilikdə üç qol vuran Fransa seçməsi İspaniya ilə matçda da müdafiə xarakterli oyun nümayiş etdirəcəyi təqdirdə məğlubiyyətlə barışmalı olacaq. Çünki Luis De La Fuentnin komandası hücumameyilli futbol anlayışında olduğu üçün rəqibin bütün planlarını alt-üst edə bilər. Rəqiblər indiyədək ümumilikdə 15 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa, altısında isə İspaniya qələbə qazanıb. İki dəfə isə heç-heçə qeydə alınıb. İspaniya millisinin heyətində Le Normand və Karvaxal cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Pedrinin oynayıb oynamayacağı isə sual altındadır. Fransalılarda isə itkilər yoxdur.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü sloveniyalı hakimlər briqadasından Slavko Vinçiç idarə edəcək.


9 iyul

Yarımfinal


İspaniya - Fransa

Saat 23:00, "Allianz Arena"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            609 09.07.24 11:30