Almaniya Bundesliqasında bu mövsüm qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər müəyyənləşib.
"Bayer 04"ün qapıçısı Lukas Hradeçki bu göstəricidə liderdir.
34 yaşlı finlandiyalı qapıçı Almaniya çempionatında 12 "quru" oyun keçirib.
Onu 8 matçda qapısını toxunulmaz saxlamağı bacaran "Ştutqart"ın qapıçısı Aleksandr Nübel və 7 matçda qol buraxmayan "Frayburq"un "çərçivə qoruyucusu" Noah Atubolu izləyir.
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer 04" 26 turdan sonra 70 xalla Bundesliqada liderdir.