“Beşiktaş” Juninyonu transfer siyahısına salmaq istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

“Beşiktaş” Juninyonu transfer siyahısına salmaq istəyir

Bu mövsüm çempionluq yarışını erkən tərk edən “Beşiktaş” növbəti mövsümə heyət qurmaq üçün səylərini davam etdirir.

“Beşiktaş” Futbol Komandalarının Baş Koordinatoru Samet Aybaba bu məqsədlə Almaniyaya gedərək “Dortmund”- PSV və “Bayer Leverkusen” - “Qarabağ” matçlarını canlı izləyib.

Aybabanın “Leverkuzen” - “Qarabağ” matçında Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyonu (Olavia Viera dos Santos Junior) bəyəndiyi məlum olub.

Onun göstərdiyi performans və vurduğu qol Aybabanın diqqətini çəkib.

Juninyonun adının İstanbulda “Beşiktaş”ın transfer siyahısına salınaraq, rəhbərliyə təqdim ediləcəyi bildirilir. İclasın qərarından asılı olaraq 27 yaşlı futbolçu ilə bağlı mövsümün sonunda qərar veriləcək.

Qeyd edək ki, bu mövsüm “Qarabağ”da 43 oyun keçirən Juninyo ümumilikdə 23 qol vurub, yeddi məhsuldar ötürmə edib.

Xatırladaq ki, braziliyalı ulduzun “Qarabağ”la müqaviləsi 2026-cı ildə başa çatacaq.

Mənbə: Takvim.com.trскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            357 16.03.24 17:57