"Bu, İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
"Qırmızı vərəqə epizoduna baxdım. Nəsə fikir bildirməyim bəlkə də düzgün olmaz. Lakin İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Hansı ki, bəlkə heç bunu cərimə zərbəsi kimi də saxlamazdılar, mübarizə kimi baxardılar. Hər bir halda söz sahibi hakim oldu və qərarı belə verdi", - deyə o, qeyd edib.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" (Leverkuzen) klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.