“Qarabağ”ın sabiq futbolçusu: “Heç kim deyə bilməz ki, “Bayer” mərhələni 100 faiz keçəcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:16 Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar  |     15:39 Bakıda müğənni virusdan ölüb?  |     15:32 Avtomobili düzgün park etmədilər, yolda sıxlıq yaratdılar  |     15:21 Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırdı  |     15:14 Xankəndi-Şuşa yolunda avtobus yanıb  |     15:09 Əməliyyat otağında doğum günü qeyd olunan HƏKİM işdən AZAD EDİLDİ - VİDEO  |     14:39 Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb - VİDEO  |     14:36 Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu  |     13:36 Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb  |     13:35 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü  |     13:34 İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı  |     13:33 Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var  |     13:29 Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?  |     13:28 Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı  |     13:27 Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI  |     13:22 "TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı  |     13:02 Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir  |     12:57 Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı  |     12:44 Çində 5 bal gücündə zəlzələ baş verdi  |     12:18 CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır  |    

“Qarabağ”ın sabiq futbolçusu: “Heç kim deyə bilməz ki, “Bayer” mərhələni 100 faiz keçəcək”

"Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyada "Bayer”in qonağı olacaq. Bakıda Bundesliqa nəhənginin başına "oyun açan” Qurban Qurbanovun komandasının səfərdə necə çıxış edəcəyini hamı səbirsizliklə gözləyir. Nəticələrlə bağlı fikirlər isə təbii ki, müxtəlifdir.

"Qarabağ”ın sabiq futbolçusu Kənan Kərimov da fikirlərini bölüşüb. O Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın şansları olduğunu deyib:

"Yaxşı ki, "Qarabağ”ımız var. Bu komanda Azərbaycan futbolunun brendidir. Çox qürurlanırıq. Həm stadionu doldururlar, həm də fikrimcə, televeziya vasitəsilə ən azı 6-7 milyon insan, uşaqdan tutmuş böyüyüə qədər hər kəs onları izləyir. Möhtəşəm formada olan "Bayer”ə qarşı belə oyun göstərmək bizi də sevindirir. Çox istərdik ki, Almaniyada da yaxşı oyun nümayiş etdirsinlər. Heç kim deyə bilməz ki, "Bayer” favoritdirsə, mərhələni 100 faiz keçəcək. Futbolda hər şey baş verir. "Qarabağ”ın gücü, cəsarəti var. İnanırıq ki, komanda turu Almaniyada keçəcək”.

"Bayer” Bakıdakı oyunda son dəqiqələrdəki əvəzetmələrdən sonra məğlubiyyətdən xilas oldu. "Qarabağ”a Almaniyada şans verənlərin sayı azdır. Kərimov bu fikirlərə də münasibətini bildirib:

"İlk oyundan əvvəl də belə düşünənlərin sayı çox idi. Düzdür, bu gün "Bayer” səviyyəsində "Qarabağ”ımız var” deyə bilmərik. O, Avropaya səs salmış komandalardandır. Bakıda hesab 2:2 olarkən, qol vəziyyətlərindən istifadə edə bilmədik. Əks halda rəqib evinə məğlubiyyətlə dönəcəkdi. Bu futboldur, "Qarabağ”ın cəsarətinə inanıram. "Bayer”in də sıx qrafiki var, öz çempionatlarında liderdir. Bu səbəbdən müəyyən rotasiyalara gedə bilərlər. Çox güman Bakıdakı oyun "Bayer”in canına "üşütmə” salıb. Əsas heyətdən maksimum istifadə edib, mərhələni keçməyə çalışacaqlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            747 12.03.24 21:26