İspaniyalı tennisçi Rafael Nadal ABŞ-də keçiriləcək İndian-Uells turnirində iştirak etməyəcək.
Bu barədə 37 yaşlı idmançı özü məlumat verib.
Təcrübəli tennisçi həftəsonu fiziki testlərdən keçsə də, hələlik bu mühüm yarışda yüksək səviyyədə çıxış etməyə hazır olmadığını bildirib: "Bu, asan qərar deyil. Amma özümə və minlərlə azarkeşə yalan danışa bilmərəm".
Qeyd edək ki, Rafael Nadal ilin əvvəlində Avstraliya Açıq çempionatını zədə səbəbindən buraxmışdı. O, İndian-Uells turnirinin ilk turunda kanadalı Miloş Raoniçlə üz-üzə gəlməli idi.