Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:32 Kaliforniya ştatının idman klubları yanğından zərər çəkənlərə maliyyə yardımı edəcəklər  |     16:16 Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar  |     15:39 Bakıda müğənni virusdan ölüb?  |     15:32 Avtomobili düzgün park etmədilər, yolda sıxlıq yaratdılar  |     15:21 Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırdı  |     15:14 Xankəndi-Şuşa yolunda avtobus yanıb  |     15:09 Əməliyyat otağında doğum günü qeyd olunan HƏKİM işdən AZAD EDİLDİ - VİDEO  |     14:39 Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb - VİDEO  |     14:36 Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu  |     13:36 Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb  |     13:35 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü  |     13:34 İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı  |     13:33 Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var  |     13:29 Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?  |     13:28 Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı  |     13:27 Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI  |     13:22 "TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı  |     13:02 Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir  |     12:57 Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı  |     12:44 Çində 5 bal gücündə zəlzələ baş verdi  |    

Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib

Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.

Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.

Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə, Sərxan Əliyev (71 kq) isə Aleksandr Trofimçukla (Litva) döyüşəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 07.03.24 17:27