Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tənbəlliyə qalib gəlmək üçün ƏN VACİB 5 ADDIM  |     22:51 Meksika ilk dəfə qadın prezident seçəcək  |     22:40 Dünyanın ən qədim kulinariya resepti – Burada tapıldı  |     22:36 2024-cü ildə alınacaq 5 ən yaxşı sərfəli telefon  |     22:29 Azərbaycanlıların BAZAR DAVASI: Ölən var  |     22:23 Bu qidaları südlə birlikdə yemək olmaz  |     22:18 Evdə iki və ya daha çox pişiyi saxlamaq üçün TÖVSİYƏ  |     22:05 Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO  |     21:57 Mənzillərin təmiri neçəyə başa gəlir? (VİDEO)  |     21:48 Teylor Sviftin konsertinə görə evsiz insanlar şəhərdən qovuldu  |     21:39 Bu il maaşların artırılması gözlənilirmi? - VİDEO  |     21:31 Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi  |     21:25 Qəbul imtahanlarında "ölüm qrupu": Azı 100 bal artacaq?  |     21:19 Alimlər elementinin 79 illik sirri açdı  |     21:08 Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb  |     21:03 Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü  |     21:01 Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?  |     20:55 Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib  |     20:34 May ayının sonuna olan hava proqnozu açıqlanıb  |     20:26 Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək  |    

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.

İlk olaraq iştirakçı ölkələrin bayraqları zala gətirilib. Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

Nazir iştirakçılara uğurlar arzulayıb: “Artıq neçənci ildir ki, ölkəmizdə Dünya Kuboku keçirilir. İldən-ilə iştirakçıların sayı artır. İl ərzində ən azı 3 Dünya Kubokuna ev sahibliyi edirik. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Sonda Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, 67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            714 07.03.24 14:03