Nazirlər Kabineti yanında operativ qərargah kiçik qruplar şəkilində futbol məşqlərinin aparılmasına münasibət bildirib.
Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, ölkədə elan edilən xüsusi karantin rejiminin yumşaldılma mərhələsində bu barədə qərar yoxdur:
“Bu məsələ aktiv şəkildə müzakirədədir. Vəziyyətdən asılı olaraq növbəti mərhələlərdə bu məsələyə qayıda bilərik”.