Aleksander Çeferin: "Məsuliyyətli qərar qəbul etdik" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Aleksander Çeferin: "Məsuliyyətli qərar qəbul etdik"

"Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir. UEFA öz üzvlərinə xüsusi şərtlərə uyğun şəkildə reaksiya verməklə kömək etmək istəyir".

"Report"un məlumatına görə, bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında milli assosiasiyalara maliyyə yardımı barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, hər federasiyaya 4,3 milyon avro vəsait köçürüləcək: "Bu məbləğ futbol ictimaiyyətinin bərpası üçün istifadə oluna bilər. Hesab edirəm ki, kömək etmək üçün bacardığımız qədər məsuliyyətli qərar qəbul etdik".

A.Çeferin böhran dövründə futbolun nümayiş etdirdiyi birlikdən qürur duyduğunu söyləyib: "Şübhəsiz, adət etdiyimiz həyat tərzinə qayıtdıqdan sonra futbol yenə diqqət mərkəzində olacaq. Bu an yetişdikdə, futbol cavab verməyə hazır olmalıdır".

Qeyd edək ki, UEFA quruma üzv olan 55 milli assosiasiyaya ümumilikdə 236,5 milyon avro maliyyə yardımı ayırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 362 27.04.20 21:40