Koronavirusa yoluxmuş Fransanın “Monpelye” klubunun yarımmüdafiəçisi Junior Sambiya süni nəfəs aparatına qoşulub.
“Le Parisien” nəşri xəbər verir ki, bu haqda 23 yaşlı yarımmüdafiəçinin agenti Frederik Gerra məlumat yayıb.
J.Sambiyanın agenti bildirib ki, futbolçu diareya xəstəliyindən (ishal) əziyyət çəkdiyinə görə, xəstəxanaya yollanıb və ehtimal olunur ki, burada koronavirusa yoluxub.
Qeyd edək ki, Fransada 159 828 nəfərin koronavirus testi müsbət çıxıb, 22 245 xəstə koronavirusun qurbanı olub. Sağalanların sayı isə 43 mindən çoxdur.