Məşhur futbol veteranları Azərbaycanla oyundakı gülməli hadisədən danışdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Məşhur futbol veteranları Azərbaycanla oyundakı gülməli hadisədən danışdılar

İtaliya millisinin sabiq məşhur futbolçuları Filippo İnzaqi və Kristyan Vyeri 17 il əvvəl Azərbaycanla keçirdikləri oyunu xatırlayıblar.

Onlar “Instagram”da canlı yayımda olarkən 2003-cü ilin oktyabrın 11-də Azərbaycanı 4:0 məğlub etdikləri oyundan danışıblar.

İnzaqi bu vaxt gülməli hadisədən bəhs edib:

“Reccio Kalabriada Azərbaycana qarşı oynayırdıq. Biz bu oyunda bir neçə rekorda imza atmağa yaxın idik. Qol vurmaq üçün irəli atılmışdıq. Vyeri ilə irəlidə oynayırdıq, Totti də arxadan bizə kömək olurdu. Hər ikimiz ilk hissədə qol vurduq.

Fasilədə düşündüm ki, baş məşqçimiz Covanni Trapattoni bizdən birimizi çıxarmalı olsa, məni əvəzləyəcək. Paltardəyişmə otağına ona dedim: “Mister, Bobo (Vyerinin ləqəbi – S.M.) mənə deyib ki, onun əzələsində problemi var. Məndə hər şey qaydasındadır, məni meydanda saxla”. 10 dəqiqə sonra sənin (Vyerini nəzərdə tutur – S.M.) nömrən tablonda göründü”.

Vyeri isə İnzaqiyə belə deyib:

“Onda mən künc zərbəsi vurmağa hazırlaşırdım. Sən isə mənə dedin ki, Bobo, sakit ol. Başa düşmədim ki, o, mənə niyə belə deyir. Sonra tabloda öz nömrəmi gördüm. Çıxanda plastik su qabını Trapattoniyə tərəf atdım. Oyunun sonlarında o məndən soruşdu ki, niyə belə etdin? Ona dedim ki, sən məni meydandan çıxardın. O da mənə bildirdi ki, axı Pippo dedi, sən ağrıyırsan”.

Qeyd edək ki, həmin oyunun 15-ci dəqiqəsində Kristyan Vyeri, 23 və 86-cı dəqiqələrində isə Flippo İnzaqi fərqlənib. 55-ci dəqiqədə Vyerini əvəzləmiş Marko Di Vayo da meydana daxil olduqdan doqquz dəqiqə sonra qola imza atıb.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 150 20.04.20 12:59