Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi "Facebook" səhifəsi xəbər yayıb.
37 yaşlı yarımmüdafiəçi Bakı küçələrinin dezinfeksiya olunması işlərində yaxından iştirak edib.
Qeyd edək ki, A.Zeynalov həm də Fövqəladə Hallar Nazirliyində xilasedici kimi çalışır.