Rusiya Futbol İttifaqı Palatası qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan "Sabah" klubunun futbolçusu Ramil Şeydayevlə sabiq komandası arasındakı sülh müqaviləsini təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bununla da paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatı ilə bağlı qoyulan qadağa aradan qalxıb.