Arif Rəhimov: “Formula 1” bu il baş tutsa, əyləncə proqramında ixtisar olacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Arif Rəhimov: “Formula 1” bu il baş tutsa, əyləncə proqramında ixtisar olacaq”

“Qışda “Formula 1”in keçirilməsi variant kimi yaxşı deyil. Onda bizdə boş tribunalar olacaq. Bakıda havalar soyuq olur. Ona görə də biz yarışı oktyabrın ortalarına salmaq istəyirik”.

Median.Az
xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Almaniyanın “motorsport-total.com” saytına açıqlamasında deyib.

7 iyunda Bakıda baş tutmalı olan “Formula 1” Azərbaycan Qran Prisi koronavirus səbəbindən təxirə salınıb. Onun yeni tarixi isə hələ ki bilinmir.

Rəhimov bunun mümkün qədər tez bilinməsini istədiyini qeyd edib:

“Yaxşı olardı ki, biz artıq iyulun əvvəlindən işə başlayaq. Ən əsas məsələ yarışın vaxtını tezliklə bilməyimizdir. 2-3 ay əvvəldən bunu bilməyimiz çox vacibdir. Bu müddətdə trass hazırlanır. Mən hələ kommersiya baxımından danışmıram.

Əgər avqustun sonlarında koronavirusla bağlı durumda dəyişiklik olmazsa, yarışı noyabr ayına kimi saxlaya bilmərik. Hələ ki, “Formula 1” bizə konkret vaxtları təklif etməyib. İlk mərhələdə biz tarixlə bağlı qərarı erkən qəbul etməliyik”.

Daha sonra o, yarış baş tutmayacağı halda Azərbaycan hökumətinin maliyyə itkilərindən danışıb. Arif Rəhimov onu da bildirib ki, ötən il Sem Smit kimi ulduzu Bakıya dəvət etsələr də, bu il əyləncə proqramı məhdud olacaq:

“Hazırda yarışın reklam olunmasına qadağa qoymuşuq. Biz artıq bu yarış üçün çoxlu avadanlıqlar sifariş etmişik. Ancaq onlardan növbəti il və ya bu ilin sonunda keçiriləcək yarış zamanı istifadə edə bilərik.

Ona görə də hələ birbaşa heç bir maliyyə itkisi ilə üzləşməmişik. Ancaq yarış keçirilməsə, çoxlu maliyyə itkimiz ola bilər. Yəqin ki, yarış baş tutmasa, bizim hökumətimiz pul itirməyəcək.

Bu, fors major haldır, bizim istəyimizlə olan şey deyil. Belə şeylər müqavilələrlə tənzimlənir. Yeganə problem yarışın keçirilməsi üçün pulun daha öncədən “Formula 1”ə ödənilməsidir. Yarış baş tutmasa, pulun qaytarılması variantı olacaq.

Ola da bilər ki, biz bu pulu növbəti illə kompensasiya edə bilərik. Yarış baş tutsa, əyləncə proqramında ixtisar olacaq”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 609 03.04.20 21:01