Həbib – Ferqyuson döyüşü baş tutmaya bilər: “Rusiyadan çıxa bilmirəm” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:15 Zaxarova: "Qərb ölkələrinin Cənubi Qafqazla bağlı dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur"  |     14:00 Sabah Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə baxacaq  |     13:37 Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim saçını yoldu, xadimə təhqir etdi - VİDEO  |     13:11 Kolleclərə direktorlar təyin olunub  |     13:01 Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR  |     12:45 Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi  |     12:43 Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər  |     12:42 "Harri Potter"in müəllifi yeni roman yazır  |     12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |    

Həbib – Ferqyuson döyüşü baş tutmaya bilər: “Rusiyadan çıxa bilmirəm” - VİDEO

“Hazırda mən Dağıstandayam. Kaliforniyada olanda mənə UFC-dən məlumat gəldi ki, döyüş Amerikada baş tutmayacaq və 99% ehtimalla BƏƏ-də – Əbu-Dabidə keçiriləcək. UFC ilə məsləhətləşərək, belə qərara gəldik ki, döyüşə bir ay qalmış BƏƏ-yə uçaq. Haradasa 19-20 martda. Ora uçan vaxt isə bizə deyildi ki, bu ölkənin sərhədləri bağlıdır və heç kim BƏƏ-yə gedə bilməz. Ona görə də, Rusiyaya qayıtdıq”.

Median.Az
xəbər verir ki, bunu UFC döyüşçüsü Həbib Nurməhəmmədov “Instagram” hesabından açdığı canlı yayım zamanı deyib. O bildirib ki, aprelin 18-də Toni Ferqyusonla UFC kəmərini qorumaq üçün nəzərdə tutulan döyüşü baş tutmaya bilər.

Buna səbəb Həbibin Rusiyadan çıxa bilməməsidir:

“Bütün dünya karantin elan edib. İndi mən döyüş üçün səfərə çıxa bilmərəm, amma yenə də hazırlaşıram. Əgər səfərə çıxmaq imkanım olsa, istənilən yerdə, istənilən vaxt döyüşməyə hazıram”.

Onun sözlərinə görə, UFC artıq Toni Ferqyusona rəqib kimi başqa namizəd axtarışındadır:

“Hər yerdə sərhədlər bağlıdır. İndi mənə belə bir informasiya da gəlib ki, UFC turniri ABŞ-da – ştatlardan birində keçirəcək. Mən isə indi sərhədlər bağlı olduğundan, Rusiyadan çıxa bilmərəm. İndi söhbət gedir ki, döyüş mənsiz keçirilsin. Mən buna qarşı deyiləm. Qoy bunu qanunlar üzrə etsinlər. Başa düşürəm ki, döyüşçülərə də pul qazanmaq üçün döyüşmək lazımdır. Toni ABŞ-dadır. Bildiyim qədərilə onun rəqibi başqa idmançı olacaq.

Mənim Rusiyada olmağım öz istəyim deyil. UFC-dən mənə deyilmişdi ki, bu döyüş ABŞ-da, hətta BƏƏ-də də olmasa, Atlantik okeanından kənarda baş verəcək. Biz UFC ilə hər şeyi müzakirə etmişdik. Həmin vaxt artıq mən Amerika Kikboksinq Akademiyasında beş həftə ağır məşq keçmişdim. İndi niyə o məşqləri keçdiyimi, niyə o qədər çəki atdığımı bilmirəm”.

Qeyd edək ki, Toni Ferqyusonun yeni rəqibinin Castin Qeyci və ya Dastin Porye olacağı gözlənilir.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 285 31.03.20 19:57