UEFA İcraiyyə Komitəsi rəsmi qərarını açıqlayıb.
AVRO-2020 rəsmi olaraq koronavirus təhlükəsinə görə 12 ay sonraya keçirilib. Təklif olunan yeni tarix 2021-ci ilin 11 iyun – 11 iyul tarixləridir.
Kişi və qadınlar üzrə klub və milli komandaların oyunları (yoldaşlıq oyunları da daxil olmaqla) qeyri-müəyyən müddətə təxirə salınıb. Martın sonlarına planlaşdırılmış AVRO-2020-nin pley-off matçları və yoldaşlıq oyunları iyunun əvvəlinə salınıb.
UEFA liqalar və klubların nümayəndələrinin iştirakı ilə cari mövsümün başa çatması üçün təqvimi müəyyənləşdirmək üçün İşçi Qrupu yaradıb.
UEFA AVRO-2020 üçün bilet almış şəxslərin 2021-ci ildə oyunlara gedə bilmədikləri halda, pullarını tam şəkildə geri qaytarılacağına zəmanət verdiyini açıqlayıb. 2021-ci ildə oyunları izləməyə gələ bilməyən şəxslər növbəti bir ay ərzində elektron poçt və euro2020.com/tickets vasitəsilə pullarına qovuşa biləcək.
UEFA-nın bayrağı altında keçirilən klub və milli komanda yarışlarının vaxtları barədə qərarlar daha sonra elan ediləcək.